RUSSIAN FILM FESTIVAL
Bir daha xoş gördük!
Produced: 2022 Genre: crime, comedy Duration: 30 mins Director: Egor Chichkanov Producers: Elena Stepanischeva Main Cast: Andrey Merzlikin, Denis Vlasenko, Aleksey Serebryakov
Bircə sərrast bir atış nəticəsində qanundan kənar işlərlə məşğul olan, lakin artıq qənnadı mütəxəssisi olmağı arzulayan Boris adlı təcrübəli şəxsin dolğun həyatına və böyük xəyallarına son qoyulmalı idi. Arzusunu öz başçısına bildirən Boris tezliklə xəyanətkarcasına başından vurulur. Bu da hekayənin sonu – dağılışırıq? Tam da elə deyil. Fantastik olan da məhz bundan sonra başlayır. Ümidsizcəsinə ölmüş (ilk baxışdan) Boris morqda dirilir. O, bir qədər şoka düşmüş, lakin eyni zamanda da həssas və xeyirxah olan Artyom adlı bir təcrübəçi tibb tələbəsinin köməyindən istifadə edir. Oğlanı ağlasığmaz hadisələrə sürükləyən Boris yarımçıq işlərini həll etməyə və öz ölümünün sirrini açmağa çalışır. Bəs onu ölümsüzlüyə bağlayan səbəb nədir? Qisas hissi, ödənilməmiş borclar yoxsa həyata yeni səhifədən başlamaq ümidi?
<
BACK TO PROGRAM