RUSSIAN FILM FESTIVAL
Libereya: Xəzinə ovçuları
Moskva metrosunun inşası gözlənilməz bir tapıntıya səbəb olur: dağıntılar altından bir kitab çıxarılır. Onun əsas dəyəri isə səxavətlə bəzədildiyi qızıl və qiymətli daşlarda yox, onun şəkil və yazılarında şifrələnmiş misralardadır. Bu artefakt onun sübutudur ki, İvan Qroznının əfsanəvi kitabxanası mövcuddur, ona aparan yolu göstərən xəritə isə qarşınızdadır. Lakin bu qeyri-adi tapıntı haqda uzun illərdir ki xatırlayan yoxdur.
Və budur, on illər sonra həmin o kitab İlya adlı əhlikef bir gəncin əlinə düşür. Oğlan isə nəyə sahib olduğunun fərqində belə deyil. Lakin bu bilməməzlik onun həyatını heç də asanlaşdırmır. Şər qüvvələr İlyanın ovuna çıxırlar. Canını onlardan qurtarmaq üçün İlya həmin qədim kitabla necə davranacağını dəqiq bilən qəribə bir insanla və artefaktın şifrələrini açıqlamağı bacaran Arina adlı filoloqla gücünü birləşdirməlidir. Və budur, bu üçlük əfsanəvi Libereyanın sirrini birdəfəlik çözmək məqsədilə təhlükəli bir macəraya dalırlar. Onlar Voloqda və Naryan-Maradan tutmuş Kremlin yeraltı keçidlərinədək ölkənin ən təhlükəli və sirli guşələrini ziyarət etməli olurlar.
Produced: in 2022 Genre: adventure Duration: 105 Main: Tihon Zhiznevsky, Alexey Serebryakov, Diana Pozharskaya, Artem Tkachenko, etc.